
Haqqımızda
FBF LLC şirkəti alman texnologiyası ilə yüksək keyfiyyətli “Kolber” markası adı altında
Azərbaycan və beynəlxalq standartların tələblərini qarşılayan sənaye, avtomobil və digər sahələr üçün yuyucu vasitələr,şampunlar istehsal edir.Şirkət İSO 9001 - 2008 və İQNet keyfiyyət idarəetmə sistemi ilə idarə olunmaqdadır.
FBF LLC bu gün Azərbaycanda bu sahədə son texnologiya ilə fəaliyyət gostərən ilk şirkətlərdən biridir.Biz keyfiyyətli məhsul və xidmət təqdim etməklə müştəri məmnuniyyətini hər zaman ön planda tuturuq. Ətraf mühitə,insana və qanunlara hörmətlə yanaşmaq ,işçilərimizin və cəmiyyətimizin iqtisadi və ictimai inkişafına kömək etmək,gələcək nəsillərə qarşı öhdəliklərimizi yerinə yetirmək bizim üçün önəmli məqamlardan biridir.
Laboratoriyamız müasir texnalogiyanı dəstəkləyən avadanlıqlarla təchiz edilmişdir.
Zavodumuza dəvət olunan Türk və Alman mütəxəssislər tərəfindən şirkətin bütün işçi heyətinə seminarlar keçirilərək təlimatlar verilir.
Şirkətimizdə istehsal olunan məhsulların çeşidlərinin hər birinin spesifik xüsusiyyətləri var. Bunlara aşağıdakıları misal göstərmək olar:
Avtomobillərin üzəri üçün 10 fərqli çeşiddə şampunlar
Avtomobillərin salonu,mühərrik və diskləri üçün şampunlar.
Avtomobil şinləri və rezinlərinin qaraldılması üçün parlaq və mat məhsullar.
Avtomobil üzəri üçün güzgü parlaqlığı verən hidrofilik su qovucu vasitə (waxlar) .
Plastik, kauçuk hissələri təmizləmək ,mat və parlaq effekti vermək üçün unikal vasitə (şitlərin qaraldılması).
Avtomobil və digər sahələrdə istifadə olunan şüşə və güzgü təmizləyicilərinin istehsalı.
Biz istehsal proqramımızı mütəmadi olaraq yeni məhsullarla inkişaf etdiririk.Kəmiyyətin yox,keyfiyyətin yüksəlməsi prinsipi ilə çalışıb ,daha sağlam addımlarla irəliləyirik .Yüksək istehsal texnologiyamız bizim etibarlı tərəfdaş olduğumuzu sübut edir.